Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini ARTIRDI

 21:08 27.02.2023     363

Avropa İttifaqı (Aİ) Şurası Belarusa qarşı daxili repressiyaya görə tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə şuranın  yaydığı məlumatda deyilir.

"Aİ Şurası Belarusda daxili repressiyalarla bağlı qadağanedici tədbirlərin daha bir il uzadılması barədə qərar qəbul edib. Qərar Belarusdakı vəziyyətin ciddiliyini nəzərə alaraq vəziyyətin illik təhlili əsasında qəbul edilib. Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə olacaq”, - sənəddə deyilir.

Həmçinin qeyd edilir ki, Aİ Şurası bu qərarı qəbul edərkən respublikanın Ukraynada Rusiyanın başçılıq etdiyi xüsusi hərbi əməliyyatda iştirakını nəzərə alıb.

Belarusla bağlı qara siyahıya 195 nəfər və 34 təşkilat daxildir.

Tunar Altunbay