Ukraynaya F-16 qırıcıları verilə bilər - Konqresmen

 21:16 27.02.2023     287

Ukraynanın müttəfiq ölkələri Rusiya ilə müharibədə həlledici dönüş nöqtəsində Ukrayna Silahlı Qüvvələrinə F-16 qırıcıları və uzaqmənzilli silahlar verə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkal "ABC News" telekanalına müsahibəsində bildirib.

Konqresmen Ukraynaya döyüş təyyarələri və uzaqmənzilli silahların çatdırılmasına başlamaq üçün həm respublikaçılar, həm də demokratlar tərəfindən ABŞ prezident administrasiyasına təzyiqlərin başlayacağına ümid etdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu cür silahların Ukraynaya verilməsi “müharibənin həlledici dönüş nöqtəsində başlaya bilər”.

"Biz onlara həqiqətən istifadə edə biləcəkləri və istəyə biləcəkləri bir şey verəndə onlar qalib gəlirlər. Biz işləri süründürsək və tələsməsək, işlər uzanmağa başlayır ki, Putin məhz bunu istəyir" - Makkal əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Makkal prezident Co Bayden administrasiyasını Ukraynanı daha təkmil silah sistemləri ilə təmin etməyə çağırıb.

Turan İSMAYIL