Zəlzələnin Türkiyəyə vurduğu ziyan AÇIQLANDI
Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 34.2 milyard dollar ziyan vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez məlumat verib.
O qeyd edib ki, dəyən ziyan Türkiyədə ÜDM-nin 4%-nə bərabərdir.
Bundan əvvəl dağıdıcı zəlzələnin ölkəyə 100 milyard dollar ziyan vurduğu bildirilirdi.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.