Mirzoyan BMT-nin ali komissarı ilə Laçın dəhlizindən DANIŞDI

 09:44 28.02.2023     473

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində keçirilib.

Bildirilib ki, tərəflər Laçın dəhlizindəki son situasiyanı müzakirə ediblər.

Qeyd edək ki,  Mirzoyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasının iclasında iştirak etmək üçün dünəndən İsveçrədə səfərdədir.