Malatyada növbəti dağıdıcı ZƏLZƏLƏ - Ölənlər VAR

 11:35 28.02.2023     589

Türkiyənin Malatya vilayətində yenidən zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Doğanşehir rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5,6  ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən  zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bildirilib ki, 12-nin vəziyyəti ağır olmaqla 140 nəfər xəsarət alıb, dağıntılar altından isə 32 nəfər xilas edilib.

Xatırladaq ki, zəlzələ Malatya ilə yanaşı, Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.