Qafan MDB-nin gənclər paytaxtı olacaq

 13:50 28.02.2023     646

Ermənistanın Sünik (Zəngəzur) regionunda yerləşən Qafan şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) gənclər paytaxtı olacaq.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Sergey Lebedev bildirib. 

Onun sözlərinə görə, Qafan 2026-cı ildə MDB-nin gənclər paytaxtı elan olunacaq. 

"Bu barədə qərarı iyunda MDB-nin hökumət başçıları təsdiq edəcək", - deyə Lebedev əlavə edib.