Blinken Qazaxıstan prezidenti ilə görüşdü - FOTO
ABŞ-ın dövlət katibi Antoni Blinken Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Redaktor.az xəbər verir ki, Qazaxıstanın "Kazinform" agentliyi məlumat yayıb.
Bildirilib ki, görüş Blinkenin Mərkəzi Asiya turnesi çərçivəsində paytaxt Astanaya səfəri çərçivəsində baş tutub.
Tərəflərin iki ölkə arasında əməkdaşlıq, ABŞ-Qazaxıstan münasibətləri kimi mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdiyi qeyd olunub.