Rusiyanın Ukraynadakı son itkiləri AÇIQLANDI

 14:33 28.02.2023     2855

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 149240 (+550) nəfər canlı qüvvəsi, 3388 (+3) tank, 6630 (+9) ədəd zirehli döyüş maşını, 2383 (+3) ədəd artileriya sistemi, 478 (+3) reaktiv yaylım atəşi sistemi, 247 (+0) hava hücumundan müdafiə sistemi, 300 (+0) təyyarə, 288 (+0) helikopter, 2051 (+3) PUA, 873 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5252 (+4) avtomobil texnikası və avtosistern, 230 (+0) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL