Moskvaya PUA düşdü

 16:05 28.02.2023     293

Moskva vilayətinin Kolominsk rayonuna pilotsuz uçan aparat düşüb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, “UJ-22 Airborne” aparatı qaz kompressor stansiyasının 100 metrliyində yerə çırpılıb.

Vilayətin qubernatoru Andrey Vorobyov bildirib ki, hadisə nəticəsində dağıntı və xəsarət alanlar yoxdur.

Hazırda federal təhlükəsizlik xidməti və digər müvafiq orqanlar vəziyyəti araşdırırlar.

T.İSMAYIL