"NATO üzvləri Ukraynanın alyansın üzvü olacağı barədə çoxdan razılığa gəliblər"

 16:19 28.02.2023     326

Ukraynanın NATO-ya üzvlüyü məsələsi uzaq gələcəyin məsələsidir.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı NATO-nun mətbuat xidməti tərəfindən onlayn yayımlanan Helsinkidə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO müttəfiqləri Ukraynanın alyansın üzvü olacağı barədə çoxdan razılığa gəliblər. Lakin indi bu, uzaq perspektivdir. Hazırda Ukraynanın suveren və müstəqil dövlət kimi müharibədə qalib gəlməsini təmin etmək lazımdır, ona görə də indi bizim üçün əsas olan Ukraynanı dəstəkləməyə davam etməkdir”, - Stoltenberq bildirib.

O, əlavə edib ki, münaqişə başa çatdıqdan sonra “bunun bir daha təkrar olunmayacağına zəmanət vermək” lazım gələcək.

Turan İSMAYIL