"Daha böyük risk Rusiyanın qələbəsidir" - NATO-nun baş katibi

 16:32 28.02.2023     342

NATO eskalasiya riski olmadan Ukraynaya yardımı genişləndirə bilməz, lakin Rusiyanın qələbəsi alyans üçün daha böyük təhlükə yaradır.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə fevralın 28-də NATO-nun baş katibi Yens Stoltenberq Helsinkidə keçirilən beynəlxalq konfransda bildirib.

“Deyim ki, münaqişə başlayandan bəri risksiz variantlar yoxdur, lakin daha böyük risk Rusiyanın qələbəsidir ki, bu da gücdən istifadənin siyasi nəticə verə biləcəyini təsdiq edəcək”, - Stoltenberq deyib.

Turan İSMAYIL