Putin FSB qarşısında sosial şəbəkələrlə bağlı tələb qoydu

 17:38 28.02.2023     338

Rusiya Prezidenti Vladimir Putin sosial şəbəkələrdən terror və ekstremist fəaliyyətə cəlb olunmasının qarşısının alınması üçün Federal Təhlükəsizlik Xidmətinə (FSB) müraciət edib.

Redaktor.az xəbər verir ki, o, bu gün FSB kollegiyasının iclasında bildirib.

“Əlbəttə ki, internetdən və sosial şəbəkələrdən terrorizm və ekstremizm ideologiyasını təbliğ etmək üçün istifadə edən, vətəndaşlarımızı terror qruplaşmalarına cəlb etməyə çalışan şəxslərin müəyyən edilərək fəaliyyətinin dayandırılması istiqamətində işlər davam etdirilməlidir”- Putin deyib.

Eyni zamanda o vurğulayıb ki, “burada ən həssas kateqoriya gənclərdir”.

Turan İSMAYIL