"Sərhəddə təxribat qrupları üçün sədd çəkilməlidir" - Putindən tapşırıq

 17:44 28.02.2023     337

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiya-Ukrayna sərhədini xüsusi nəzarətdə saxlamalı, orada təxribat qrupları üçün sədd çəkməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putin FSB-nin kollegiyasının iclasında çıxışı zamanı deyib.

"Dövlət sərhədinin Rusiya-Ukrayna bölməsi FSB sərhəd xidmətinin xüsusi nəzarəti altında olmalıdır. İndi orada bir qrup yerləşdirilib. Onlara sərhəd qurumlarının bölmələri, FSB aviasiyası, Milli Qvardiyanın silahlı qüvvələri daxildir. Və sizin vəzifə təxribat qruplarının yoluna sədd çəkmək, Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə silah və sursat gətirmək cəhdlərini dayandırmaqdır”, - dövlət başçısı bildirib.

Turan İSMAYIL