Kiyevdə partlayış səsləri eşidildi

 17:51 28.02.2023     418

Ukraynanın paytaxtı Kiyevin Qoloseyevski rayonunda yanğın olub.

Redaktor.az "Unian"a istinadən xəbər verir ki, həmçinin partlayış səsləri eşidilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın paytaxtın Qoloseyevski rayonunda fərdi tikilidə baş verib. 

Şəhərin meri Vitali Kliçko bildirib ki, artıq yanğın yerində personal işləyir və partlayış səsləri ilkin məlumata görə, oksigen balonları ilə bağlı yaranıb.