Rusiyanın müxtəlif bölgələrinə PUA hücumu olub
Ukraynanın Rusiyanın paytaxtı Moskva da daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Ukraynanın gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd etdiyi vurğulanıb.
Hücumun Rusiya Silahlı Qüvvələrinin elektron döyüş bölmələri tərəfindən yatırıldığı qeyd edilib.