Ukraynadakı münaqişə ABŞ-da sursat istehsalında problemləri üzə çıxardı - PENTAQON

 22:43 28.02.2023     292

"Ukraynadakı münaqişə ABŞ-ın hərbi-sənaye bazasının çatışmazlıqlarını üzə çıxarıb, məlum olub ki, bu baza lazımi miqdarda sursat istehsal edə bilməyib".

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində ABŞ-ın Ukraynaya hərbi yardımına həsr olunmuş dinləmələrdə deyib.

“Düşünürəm ki, Ukraynadakı münaqişə göstərdi ki, bizim hərbi-sənaye bazamız sursat istehsal etmək zərurəti baxımından lazımi səviyyədə deyildi”, o etiraf edib.

"Hazırda bizim prioritetimiz Ukraynanın bundan sonra da ehtiyac duyacağını gözlədiyimiz məhsulların istehsalını artırmağımıza əmin olmaqdır. HIMARS MLRS-də istifadə olunur", - Kol əlavə edib.

Tunar Altunbay