Kosovoda Serb muxtariyyəti yaradılmalıdır - ABŞ

 22:51 28.02.2023     551

Kosovonun hakimiyyət orqanları Avropa İttifaqının Serbiya ilə təklif etdiyi saziş çərçivəsində öz ərazisində Serbiya Bələdiyyələr Birliyinin (SCM) yaradılması şərtini yerinə yetirməli olacaq.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Qabriel Eskobar avropalı jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

"İnanıram ki, bu fundamental razılaşma sayəsində Kosovo səlahiyyətliləri Serb bələdiyyələrinin icmasını yaratmalı olduqlarını başa düşdülər. Mən vaxt çərçivəsi təyin etmək istəmirəm, amma deməliyəm ki, müzakirə dərhal başlamalıdır", - deyən Eskobar əlavə edib ki, bu bənd Brüssel razılaşmalarında.

Serbiya hökuməti yanında Kosovo və Metohiya üzrə Ofisin rəhbəri Petar Petkoviç bir müddət əvvəl demişdi ki, tanınmamış Kosovoda SCM real səlahiyyətlərə malik olmalı və Brüssel razılaşmaları əsasında yaradılmalıdır, Priştinanın isə SCM-i yeni bir qurumun yaradılması ilə əvəz etmək cəhdləri qəbuledilməzdir.

Tunar Altunbay