Rusiya Avropa Şurasından çıxdı
Prezident Vladimir Putin Avropa Şurası ilə bağlanılmış 20 beynəlxalq müqavilənin Rusiya Federasiyasında tətbiqini dayandıran qanunu imzalayıb.
Redaktor.az xəbər verir ki, müvafiq sənəd dərc olunub.
Ümumilikdə 21 sənəd denonsasiya olunur ki, bunlar arasında terrorizmin qarşısının alınması, insan hüquqlarının müdafiəsi haqqında Avropa konvensiyaları, Avropa Yerli Özünüidarəetmə Xartiyası, Avropa Sosial Xartiyası və s.ə var.
Xatırladaq ki, 2022-ci il martın 15-də Rusiya Federasiyası qurumun Nazirlər Komitəsinin 25 fevral tarixli qərarı ilə təşkilatın nizamnamə orqanlarında təmsilçilik hüququnu dayandırdıqdan sonra Avropa Şurasından çıxmaq niyyətini açıqlayıb.
Rusiya tərəfi Avropa Şurasından çıxdığını və Avropa İnsan Haqları Konvensiyasını denonsasiya etmək niyyətində olduğunu bəyan edib.
Rusiyanın xarici işlər nazirinin müvafiq məktubu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçə göndərilib.
Orada vurğulanıb ki, qitədə ümumi humanitar və hüquqi məkan üçün belə bir addımın nəticələrinə görə bütün məsuliyyət gərginliyi qəsdən artıran və təşkilatı öz geosiyasi problemlərinin həlli alətinə çevirənlərin üzərinə düşür.
Qeyd edək ki, Rusiya 1996-cı ildə Avropa Şurasına üzv qəbul edilib.
Tunar Altunbay