Bayden əmək naziri vəzifəsinə namizədini açıqladı

 23:57 28.02.2023     433

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Juli Sunun əmək naziri vəzifəsinə namizədliyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“Mən Juli Sunun ölkəmizin növbəti əmək naziri kimi namizədliyini irəli sürməkdən şərəf duyuram. İşçilərə əlverişli iqtisadiyyat yaratmaq üçün Juli ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm və Senatdan bu namizədliyi tez bir zamanda nəzərdən keçirməyi ehtiramla xahiş edirəm", - bəyanatda Baydenin sözlərindən sitat gətirilib.

Tunar Altunbay