“İran 12 günə bir nüvə bombası üçün material hazırlaya bilər” - Pentaqon

 09:00 01.03.2023     418

“İrana bir nüvə bombası üçün material hazırlamağa təxminən 12 gün lazım olacaq”.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Reuters” ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalın Nümayəndələr Palatasında dinləmələr zamanı söylədiyi sözlərə istinadən xəbər verir.

“2018-ci ildə əvvəlki administrasiya İranla nüvə sazişindən çıxmaq qərarına gələndə, bir parçalana bilən bomba hazırlamaq üçün Tehrana təxminən 12 ay lazım idi. İndi təxminən 12 gün lazımdır”-deyə, o bildirib.