Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı daha da artdı

 09:10 01.03.2023     454

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, təbii fəlakət 45 089 nəfərin ölümünə səbəb olub. Vurğulanıb ki, 6 fevral tarixində baş verən güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib. 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.