Amerika Ukraynaya verdiyi silahların pulunu istəyir
ABŞ höküməti hesab edir ki, Ukrayna ona verilən silahların pulunu ödəməyə başlamalıdır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Vollander Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.
Konqresmen Mayk Qarsiya vurğulayıb ki, baxmayaraq ki, hazırda çətinliklər içərisindədir, lakin Ukrayna aldığı silahların pulunu ödəsə, amerikalı vergi ödəyiciləri üçün böyük fərq yaradacaq. Vollander cavab olaraq bildirib ki, Ukrayna hakimiyyəti hələlik “Amerika silah şirkətlərindən heç bir böyük alış-veriş etməyib:
“Hazırda onların büdcəsində bu cür imkanlar yoxdur, lakin onlar bəzi hərbi vəsaitlər əldə etməyə başlamalıdırlar, çox yaxşı fikirdir ki, onları planlaşdırmağa başlamalıyıq. biz onları dəstəkləmək üçün hər şeyi edəcəyik”,- deyə müdafiə nazirinin köməkçisi qeyd edib.
ABŞ Senatında demokratların lideri Çak Şumer isə xatırladıb ki ki, ABŞ qanunvericiləri keçən il Ukraynaya 113 milyard dollarlıq hərbi, iqtisadi və humanitar yardımı təsdiqləyiblər.
Arzu İsmayıl