İmran Xanın həbsinə qərar verildi
Pakistanda keçmiş baş nazir İmran Xana qarşı terrorizm, adam öldürməyə cəhd, rüşvətxorluq, dövlət əmlakıənı satmaq və əmlakını gizlətmək ittihamları ilə dörd məhkəmə gedir.
Redaktor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən il noyabra mitinqdə ayağından vurulandan sonra ilk dəfə paytaxt İslamabada gələn 70 yaşlı Xan sıx təhlükəsizlik tədbirləri altında minlərlə tərəfdarı tərəfindən qarşılanıb.
Bəzi yerlərdə təhlükəsizlik qüvvələri ilə Xanın tərəfdarları arasında gərginlik yaşanıb.
Xan bu gün keçirilən 4 iclasdan 2-də iştirak edə bilməsə də, hakimlər Xanın terrorizm, rəqib siyasətçiyə qarşı adam öldürməyə cəhd və digər ittihamlar üzrə qaldırılan işlərdə müəyyən müddətə həbsdə saxlanmasına mane olmaq üçün “müvəqqəti zaminlik” verib. Dövlət hədiyyələrini satmaq və əmlakı gizlətmək ittihamı ilə işində hakim Zəfər İqbal məhkəmədə iştirak etmədiyi üçün Xanın zaminə buraxılmasına mane olan həbs qərarı çıxarıb.
Tunar Altunbay