"Türkiyə zəlzələ fırtınası ilə üz-üzədir” - Ərdoğan

 13:22 01.03.2023     337

“Bəziləri qəbul etməsə belə, fevralın 6-da Türkiyədə baş verən zəlzələ əsrin fəlakətidir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib.

O bildirib ki, 62 rayonda və 10 190 kənddə zəlzələnin təsirləri hiss olunub: “Hazırkı dövrün normal dövr olmadığını bütün mütəxəssislər təsdiqləyir. Həqiqətən, Türkiyə “zəlzələ fırtınası” ilə üz-üzədir”.