Yunanıstanda matəm elan edildi
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, 66 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 6-sı reanimasiyadadır.
Hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edilib.
Ölkədə kütləvi şənliklər və əyləncə proqramlarının bir hissəsi də ləğv ediləcək.