Gürcüstanda zəlzələ oldu

 15:11 01.03.2023     373

Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, məlumatı Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi yayıb.

Bildirilib ki, yerli vaxtla 14:52-də qeydə alınmış yeraltı təkanların episentri Dmanisidən 16 kilometr qərbdə, Məmişlər kəndi yaxınlığında olub.

Dağıntı barədə məlumat yoxdur (apa).