"Rusiya Ukraynaya Birinci Dünya müharibəsindən bəri görünməyən qoşun yeridir"

 15:47 01.03.2023     381

NATO Rusiya qoşunlarının Ukraynada, xüsusən Baxmut yaxınlığında yeni hücumunu görür. İşğalçılar Ukraynanın müdafiə xəttinə çoxlu qüvvə və vasitələr atırlar.

Redaktor.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq LRT telekanalına müsahibəsində deyib.

"Biz artıq rus qoşunlarının yeni hücumlarını görürük, xüsusən də inadkar döyüşlər və böyük itkilər olan Baxmut bölgəsində" deyə o, Rusiyanın yeni hücumunun miqyası ilə bağlı suala cavab verib.

Stoltenberq qeyd edib ki, Rusiya Ukraynanın müdafiə xəttinə "Birinci Dünya müharibəsindən bəri görünməyən" qoşun yeridir.

"Biz görürük ki, Rusiya daim daha çox müharibəyə, yeni hücum əməliyyatlarına hazırlaşır - daha çox qoşun səfərbər edir, daha çox silah əldə edir, istehsalını artırır. Onun İran və Şimali Koreya kimi digər avtoritar rejimlərlə əlaqələri necə gücləndirdiyini də görürük. Bizim məqsədimiz Ukraynanı rus işğalçılarını məğlub etmək və rədd etmək üçün lazım olan güc və güvvə təmin etməkdir”, - Stoltenberq bildirib.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, fevralın əvvəlindən işğalçı qoşunların yeni hücum əməliyyatları davam edir, Rusiya qoşunları 4-5 istiqamətdə hərəkətə keçib.

Eyni zamanda, Rusiyanın ən təlimli hücum dəstələrini atdığı və qüvvələrin sayında üstünlüklə uğur qazanmağa çalışdığı Baxmut ətrafında ən çətin vəziyyət qalır.

Ukrayna Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat üzrə Şura Komitəsinin katibi Roman Kostenko da bildirib ki, yazda Rusiya ordusu daha çox silah və texnikadan istifadə etməklə daha genişmiqyaslı hücum əməliyyatlarına başlaya bilər.

Turan İSMAYIL