İran iki alman diplomatı ölkədən qovduğunu açıqladı
İran Almaniyadan olan iki diplomatı persona non-qrata elan edib və onların ölkədən çıxarılmasını tələb edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
"İran persona non-qrata elan edilmiş iki alman diplomatını ölkədən çıxarır. İran üçün prioritet hörmət atmosferində əməkdaşlığı davam etdirməkdir, lakin bəzi ölkələrin suverenliyimizə məhəl qoymaması başqa seçim qoymur" - İran Xarici İşlər Nazirliyinin Teleqram kanalı onun sözlərini sitat gətirib.
Kənaninin sözlərinə görə, qovulmağa səbəb Almaniyanın İran İslam Respublikasının daxili işlərinə qarışması və İranda davam edən məhkəmə prosesləri olub.
Diplomatların adları və vəzifələri açıqlanmayıb.
Turan İSMAYIL