ABŞ və Almaniya liderləri Ukraynanı müzakirə edəcək
Almaniya kansleri Olaf Şolz və ABŞ Prezidenti Co Bayden martın 3-də Vaşinqtonda növbəti aylarda Ukraynaya dəstəyi müzakirə edəcəklər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrait bildirib.
"Düşünürəm ki, ABŞ prezidenti və kansler Ukraynada yaxın aylarda işlərin necə gedəcəyini, müttəfiqlərin onun üçün təşkil edə biləcəyi dəstəyin nə demək olduğunu müzakirə edəcəklər", - o əlavə edib ki, liderlər arasında belə birbaşa və məxfi fikir mübadiləsi lazımdır.
Qeyd edək ki, Şolz cümə axşamı ABŞ-a işgüzar səfərə yola düşür. Cümə günü, martın 3-də Ağ Evdə kansler ilə Amerika prezidenti arasında danışıqlar keçiriləcək. Almaniya Nazirlər Kabinetində daha əvvəl qeyd edildiyi kimi, söhbətin əsas mövzusu Ukrayna münaqişəsi olacaq.
Turan İSMAYIL