İsraildə terrorçular edam olunacaq

 18:30 01.03.2023     291

İsrail Knesseti (parlamenti) martın 1-də terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Kan dövlət radiostansiyası məlumat yayıb.

Bazar günü sənəd İsrail hökumətinin qanunvericilik komissiyasında baxılmaq üçün təsdiqlənib. Baş nazir Benyamin Netanyahunun o zaman vurğuladığı kimi, bu qanun qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə səbəb olan, bu əməl irqçilik motivləri və ya əhalinin müəyyən bir qrupuna nifrət hissi ilə həyata keçirildikdə, ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutur.

“The Jerusalem Post”un daha əvvəl xəbər verdiyi kimi, ifrat sağçı Yəhudi Qüvvələrinin deputatı Limor Son Har-Meleh tərəfindən irəli sürülən qanun layihəsi “qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə səbəb olan hər hansı bir şəxsə ölüm cəzası verəcək.

Sənəd indi əlavə müzakirə üçün əsas nazirlərin daxil olduğu İsrail Təhlükəsizlik Kabinetinə təqdim olunacaq. Bundan sonra sənəd birinci oxunuşda baxılmaq üçün Knessetə qaytarılmalıdır.

Turan İSMAYIL