"Putin Ukraynanı məhv etmək istəyir" - Almaniyanın XİN rəhbəri
Rusiya Prezidenti Vladimir Putin sülh danışıqlarında maraqlı deyil, onun məqsədi Ukraynanı məhv etməkdir.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalına müsahibəsində bildirib.
"O, danışmaq istəmir, Ukraynanı məhv etmək istəyir. O, əsgərlərini geri çağırmağa hazır deyil, öldürməyi dayandırmağa hazır deyil", - Burbok deyib.
Nazir əlavə edib ki, Putini razı salıb sülhə gətirə biləcəyini düşünən hər bir ölkə bunun qeyri-mümkün olduğunu başa düşərək məyus olub.
Onun sözlərinə görə, 140-dan çox ölkənin nümayəndəsi Rusiya prezidentinə müharibənin bütün dünyaya zərər vuracağını başa salmaq üçün dəfələrlə Moskvaya səfər edib, lakin Putinin bunu başa düşəcəyinə dair ümidləri özünü doğrultmayıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Çinin “sülh planı”nı da dəyərləndirən Burbok qeyd edib ki, bu, plan deyil, “mövqe” sənədidir və keçən həftə BMT Baş Assambleyasında sülh planı 140 dövlət tərəfindən dəstəklənib.
Turan İSMAYIL