Polis Ərdoğanın şəklinin yandırılması ilə bağlı araşdırmalara başladı

 19:13 01.03.2023     316

Helsinki polisi Finlandiyanın paytaxtında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunun yandırılması ilə bağlı araşdırmalara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə STT agentliyi məlumat yayıb.

“Bir qrup insan səfirliyin qarşısına toplaşaraq fotoşəkili yandırdılar. İlkin araşdırma zamanı bunun hansı fotoşəkil olduğu aydınlaşacaq”, – Helsinki Polisinin baş müfəttişi Heikki Porola bildirib.

Qeyd edək ki, fevralın 26-da Finlandiyanın paytaxtında Türkiyə səfirliyi qarşısında keçirilən aksiya zamanı bir qrup şəxs Ərdoğanın fotosunu yandırmaq qərarına gələn nümayiş keçirilib. Bua görə polis 4 nəfəri saxlayıb.

Turan İSMAYIL