Konqres "TikTok"u qadağan edən qanunu təsdiqlədi
Bazar ertəsi Ağ Ev ABŞ dövlət qurumlarına "TikTok" tətbiqini hökumət rəsmilərinin istifadə etdiyi bütün kompüter və telefonlardan tamamilə silmək üçün 30 gün vaxt verib.
Redaktor.az "BBC"yə istinadla xəbər verir ki, ABŞ Konqresi ölkədə tətbiqi tamamilə qadağan edən qanun layihəsinə baxmağa hazırlaşır.
"TikTok"a hökumət cihazlarında qadağa Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanqdan gəlir.
Bazar ertəsi yayımlanan memorandumda deyilir ki, növbəti 30 gün ərzində "TikTok" dövlət qurumlarında bütün cihazlardan silinməlidir və onun quraşdırılması qadağandır.
Qadağa təkcə "TikTok"a deyil, həm də "ByteDance Limited və ya ByteDance Limited-ə məxsus şirkət tərəfindən hazırlanmış istənilən növbəti nəsil tətbiq və ya xidmətə" aiddir.
Bu o deməkdir ki, gələcəkdə "TikTok"un ABŞ dövlət qurumlarında bütün tətbiqləri qadağan olunacaq.
90 gün ərzində dövlət qurumlarına icrası Çin tətbiqindən istifadəni tələb edən bütün müqavilələrdən imtina etmək, növbəti 120 gün ərzində isə belə müqavilələrin bağlanmaması üçün daxili qaydaları tətbiq etmək tapşırılıb.
Tunar Altunbay