Suriyada zəlzələdən sonra vəba epidemiyası yayılıb

 23:42 01.03.2023     360

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər Suriyanın şimalında da fəsadlar törədib.

Redaktor.az "Haber Global"a istinadla bildirir ki, ölkənin şimal-qərbinə nəzarət edən müxalif qrupların tərkibindəki mülki müdafiə heyəti bölgədə başlayan vəba epidemiyasında 2 nəfərin həyatını itirdiyini açıqlayıb.

Şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərən vəba xəstəliyinin çox yoluxucu və ölümcül olduğu qeyd edilib.

Mülki müdafiə qrupu onu da qeyd edib ki, su şəbəkələrinə və infrastruktur sistemlərinə ciddi ziyan dəydiyi üçün 568 nəfərdə vəba xəstəliyi aşkar edilib.