Bayden Rusiyaya qarşı sanksiyaların müddətini ARTIRDI

 22:39 01.03.2023     391

ABŞ prezidenti Co Bayden çərşənbə günü Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilən sanksiyaların müddətini bir il uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Söhbət Krımın işğalı ilə əlaqədar olaraq Rusiya Federasiyasına qarşı 21 fevral 2022-ci ildə mövcud administrasiya, 20 sentyabr 2018-ci ildə Donald Trampın əvvəlki administrasiyası və 6 mart, 16 mart tarixində ABŞ-ın 44-cü prezidenti Barak Obama administrasiyası tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən gedir.

Bayden bütün bu sanksiyaların 6 mart 2023-cü ildən sonra da qüvvədə qalması qənaətinə gəldiyini deyibi.

Prezidentin memorandumunda deyilir:

"Bu İcra Sərəncamlarında qeyd olunan hərəkətlər və siyasətlər ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə fövqəladə təhlükə törətməkdə davam edir". Buna görə də, 13,660 saylı İcra Sərəncamı ilə elan edilmiş fövqəladə vəziyyətin müddətini bir il uzadıram".

Tunar Altunbay