Rusiyanın Moldova ilə müharibə üçün resursu yoxdur - Baş nazir

 17:48 02.03.2023     362

Rusiyanın Moldova ilə müharibə üçün heç bir resursu yoxdur.

Redaktor.az xəbər verir ki, bunu ölkənin baş naziri Dorin Reçan deyib.

Onun sözlərinə görə, Moldovanın Dnestryanıda mümkün eskalasiyanın öhdəsindən gəlmək üçün kifayət qədər potensialı var.

"Rusiyanın eskalasiya üçün kifayət qədər resursları yoxdur. O da aydındır ki, Rusiya Federasiyası Moldovaya hərbi yolla soxula bilməz. Digər tərəfdən Moldovanın Dnestryanıda mümkün eskalasiyanın öhdəsindən gəlmək üçün kifayət qədər potensialı var”, - Reçan söyləyib.

Baş nazir əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiəsi hazırda Moldovanı da böyük ölçüdə qoruyur.