"ABŞ beynəlxalq məsələlərin həllində şəxsi maraqlarını güdür" - Macarıstanın baş naziri

 18:58 02.03.2023     545

"Avropa İttifaqı ölkələri ABŞ olmadan öz müdafiə ittifaqını yaratmalıdırlar, çünki Birləşmiş Ştatlar beynəlxalq təhlükəsizlik məsələlərinin həllində çox vaxt şəxsi maraqlarını güdür".

Redaktor.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban İsveçrənin “Die Weltwoche” həftəlik nəşrində cümə axşamı dərc olunan müsahibəsində bildirib.

O hesab edir ki, Aİ ölkələri öz təhlükəsizliklərini gücləndirmək və ABŞ-ın köməyinə arxalanmadan özlərini müdafiə edə bilmək üçün əlavə səylər göstərməlidirlər. "Avropa NATO-su həll yolu olardı. Mən bunu hələ 2012-ci ildə təklif etmişdim", - Orban deyib.

O, həmçinin bildirib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını ABŞ müəyyən edir, Avropa isə “emosional və intellektual baxımdan” öz şəxsiyyətini itirib.

Baş nazir hesab edir ki, Ukraynadakı vəziyyəti həll etmək üçün "bu gün ən azı Qərbdə iradə çatışmır".

Tunar Altunbay