Zaxarovadan Moldovanın dövlət dilinin dəyişdirilməsinə REAKSİYA

 18:59 02.03.2023     505

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının Moldova dilinin adının rumın dilinə dəyişdirilməsi planlarını “Amerika tipli demokratiya” adlandırıb.

Redaktor.az xəbər verir ki, diplomat bunu öz Teleqram kanalında yazıb.

"Demokratiyaya əsl Amerika tipli dəstək. Maya Sandu dövründə Moldova öz ana dilindən imtina edir" - Zaxarova qeyd edib.

Qeyd edək ki, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatları cümə axşamı parlamentin gündəliyinə konstitusiyada dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Müxalifətdəki Kommunistlər və Sosialistlər Blokunun deputatları bu sənədin baxılmasında iştirakdan imtina ediblər.

Bundan əvvəl Sandu belə bir fikir bildirmişdi ki, parlament dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsinə icazə vermək üçün konstitusiyaya dəyişiklik etməlidir.

Turan İSMAYIL