Blinken Lavrova nə deyib? - "Aramızda nə baş verirsə-versin..."

 19:14 02.03.2023     319

ABŞ nüvə silahlarına nəzarət məsələsində Rusiya ilə işləməyə həmişə açıq olacaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Nyu-Dehlidə İyirmilik Qrupunun (G20) xarici işlər başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Mən xarici işlər naziri Sergey Lavrova dedim ki, dünyada və ya aramızda nə baş verirsə-versin, ABŞ həmişə eyni şəkildə strateji nüvə silahlarına nəzarət sahəsində əməkdaşlığa hazır olacaq, necə ki, ABŞ və Sovet İttifaqı Soyuq Müharibənin ən qızğın vaxtında belə bunu etdilər" - o, deyib.

Turan İSMAYIL