Britaniya Hindistandan Ukrayna ilə bağlı mövqe gözləyir

 19:56 02.03.2023     268

Britaniya Hindistanın Ukraynaya qarşı müharibə ilə bağlı mövqeyinə yenidən baxacağına və Rusiyanın təcavüzünü pisləyəcəyinə ümid edir.

Redaktor.az "Sky News"a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

O bildirib ki, Britaniya Hindistanın Rusiya ilə uzunmüddətli münasibətə malik olduğunu "tam başa düşür", lakin "mümkün qədər çox ölkə"nin müharibəni pisləmək üçün önə çıxacağına ümid edir.

"Bu, hindistanlı dostlarımız və həmkarlarımızla davam etdirdiyimiz bir söhbət olacaq" - nazir bildirib.

Qeyd edək ki, Hindistan bu yaxınlarda BMT-də Rusiyanı qoşunlarını Ukraynadan dərhal çıxarmağa çağıran qətnamənin qəbulu ilə bağlı səsvermədə bitərəf qalıb. Ölkə Rusiyanın işğalını tənqid etməkdən də imtina edir.

Turan İSMAYIL