Akşener Kılıçdaroğlunun prezident seçkisində vahid namizədliyinə razılıq VERMƏDİ

 21:21 02.03.2023     339

Türkiyənin altı müxalifət partiyasının yaratdığı Millət İttifaqı bu gün keçirdiyi iclasda yenə də prezident seçkilərində vahid namizədlə bağlı qərar verə bilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, siyasətçilər martın 6-da bu məsələni müzakirə etmək üçün növbəti toplantı keçirməyi planlaşdırırlar.

İYİ Partiya sədri Meral Akşener ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxdığı üçün vahid namizədi təsdiqləmək mümkün olmayıb.

Türkiyədə prezident və yeni parlamentin tərkibinə seçkilər iyunun 18-dən gec olmayaraq keçirilməlidir.

Ərdoğan çərşənbə günü tətil mövsümünə, təhsil müəssisələrində imtahanlara və dini bayramlara vaxtında gəlmək üçün səsverməni mayın 14-nə keçirmək niyyətini təsdiqləyib.

Bununla bağlı onun martın 10-da və ya 11-də səsvermənin rəsmi tarixini açıqlayacağı gözlənilir.

Onun təsdiqi üçün ya parlamentin təsdiqi, ya da prezidentin ayrıca fərmanı tələb olunacaq.

Tunar Altunbay