"Koronavirusun laboratoriya mənşəli versiyası var" - Blinken

 22:18 02.03.2023     287

"Koronavirusun laboratoriya mənşəli versiyası realdır, lakin bu, yekun deyil, ABŞ səlahiyyətliləri bu barədə əminliklə deyə bilməzlər".

Redaktor.az xəbər verir ki, bu sözləri cümə axşamı Hindistanın "India Today" telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Biz dəqiq bilmirik, lakin təbii ki, onun laboratoriyada yaradılma ehtimalı çox realdır. Bizim şöbələr koronavirusun laboratoriya versiyasının olduğuna inanır. Konkret desək, çox ehtimal edilir, lakin bu barədə heç bir əminlik yoxdur",- o əlavə edib.

Tunar Altunbay