Bu ölkədə güclü zəlzələ oldu
Vanuatu sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 13,3 min insanın yaşadığı Luqanvil şəhərindən 92 km qərbdə yerləşib. Mənbə 33 km dərinlikdə yerləşib.
Hələlik sunami təhlükəsi barədə məlumat verilməyib.
Turan İSMAYIL