"Rusiyanın "G20"dən çıxarılması çoxtərəflilik prinsipinə uyğun gəlməyəcək" - Borrell

 09:59 03.03.2023     323

"Rusiyanın "G20"dən çıxarılması çoxtərəflilik prinsipinə uyğun gəlməyəcək".

Redaktor.az xəbər verir ki, bu fikri cümə günü AVropa İttifaqının xarici məsələlər üzrə komissarı Cozep Borrell Nyu Dehlidə "Raisina Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.

"Çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək istədiyinizi və bununla yanaşı Rusiyanın "G20"dən çıxarılmasını istəməyiniz, bu, olduqca ziddiyyətlidir, elə deyilmi?" – deyə o, jurnalistin Rusiyanın G20 üzvlüyünü dayandırmağın və bundan sonra “dünyanın aktual problemlərini həll etmək üçün” davam etdirməyin mümkün olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib.

Borrell bununla əlaqədar olaraq başqalarına qulaq asmağın zəruriliyini xatırladıb.

Tunar Altunbay