​​​​​​​ABŞ Blinkenin Lavrovla söhbətinə görə üzr istəməyəcək

 10:41 03.03.2023     511

Birləşmiş Ştatlar hesab edir ki, Nyu-Dehlidə dövlət katibi Antoni Blinkenlə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında baş tutan qısa söhbətə görə üzr istəyəcək heç nə yoxdur.  Bunu cümə axşamı keçirilən növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, brifinq zamanı jurnalistlər Ukrayna mövzusuna toxunub-toxunmaması, Blinkenin niyə bu haqda danışması və Ağ Evin nizamlanma üzrə danışıqların yalnız Kiyevin iştirakı ilə aparıla biləcəyini daim bəyan etməsi haqqında  maraqlanıblar.

“Blinken eksklüziv olaraq Ukrayna prezidenti Vladimir Zelenskinin təklifinin 10 bəndi haqqında danışıb”-deyə o qeyd etdi.

Jurnalistlər həmçinin  Blinkenin görüş tələb edib-etməməsi, niyə məhz indi belə təmaslar keçirmək qərarına gəldiyi, bunun vəziyyətdə və Vaşinqtonun Moskva ilə münasibətlərə yanaşmalarında hər hansı dəyişiklik olub-olmaması barədə maraqlanıblar.

"Rusların buna böyük əhəmiyyət verdiyini bilirəm. Amma bu, qısa bir görüş oldu. Üzr istəməyə heç nəyimiz yoxdur", - deyə Prays cavabında bildirib.

Xtarladaq ki, Blinken və Lavrov arasında qısa söhbət Hindistanda keçirilən G20 tədbiri çərçivəsində baş tutub.

Dövlət Departamentinin məlumatına görə, bu, təxminən səkkiz dəqiqə davam edib.

Blinken Rusiyanın START-da iştirakının dayandırılması, Ukraynadakı münaqişəyə son qoyulmasının zəruriliyi və məhbus mübadiləsi məsələsini qaldırıb.

Arzu İsmayıl