"Bayden danışa bilmir" - "Fox News"un aparıcısı
ABŞ Demokrat Partiyasının nümayəndələri prezident Co Baydenin yaşla əlaqədar danışıq qabiliyyətini itirməsinə məhəl qoymur.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu fikri "Fox News" kanalının aparıcısı Taker Karlson səsləndirib.
“Co Bayden haqqında bilməli olduğunuz əsas şey onun 80 yaşında olmasıdır, yenidən prezident seçilərsə inauqurasiya zamanı 82 yaşında olacaq, bu, Amerika və Baydenin özü üçün yaxşıdırmı? Əlbəttə, yox, bu, dəhşətlidir", - deyə aparıcı bildirib.
Daha sonra Baydenin büdrədiyi görüntüləri nümayiş etdirərək deyib ki "82 yaşlı kişi" ölkəni idarə etməməlidir:
Bayen istər fiziki, istərsə də zehni nöqteyi-nəzərdən kifayət qədər güclü deyil. Son illərdə milyonlarla dəfə belə videolar nümayiş etdirdik və daha çox göstərə bilərik, çünki Bayden hər gün belə danışır. Co Bayden danışmaq qabiliyyətini itirir",- deyə Karlson əlavə edib.
"Biz seçim qarşısındayıq - dəyişə bilməyəcəyimiz reallığı qəbul etmək və ya onu tanımaqdan imtina etmək. Demokratlar Partiyası sonuncunu seçib", - aparıcı fikrini tamamlayıb.
ABŞ-ın hazırkı prezidenti uzun müddətdir ki, danışığı ilə kifayət qədər uğurlu olmayan improvizasiyalara meyllidir. Bundan əlavə, o, ABŞ-da zarafatla “Baydenizm” adlandırılan, bəzən ifadələrin sonlarını udub və ya qarışdıran ictimai çıxışlarında tez-tez müxtəlif qeyd-şərtlər və şifahi kobud səhvlərə yol verir.
Respublikaçılar bununla əlqədar Baydenin Birləşmiş Ştatlara rəhbərlik etməyə davam etmək üçün zehni və fiziki qabiliyyətlərini şübhə altına alan müxtəlif videolar çəkirlər.
Bundan başqa Amerika lideri bir neçə dəfə ABŞ-ın vitse-prezidenti Kamala Harrisi prezident adlandırıb.
O, bəzən çıxışının əsas mətni ilə birlikdə tele-suflyordan texniki məsləhətləri də oxuyur.
Keçən ilin avqustunda isə o, ABŞ Konstitusiyası ilə Müstəqillik Bəyannaməsini qarışdırıb.
Arzu İsmayıl