Lavrov Qərbin qaz kəmərlərinin partlatmasının qarşısını almağa söz verdi

 13:26 03.03.2023     522

"ABŞ Avropanı ona tabe olan oyunçuya çevirməyə çalışır, Rusiya isə hazırda etibarlı tərəfdaşlarını əmin edir ki,  gələcəkdə “qaz kəmərlərinin partlamasına imkan verməyəcək".

Redaktor.az "RBC"yə istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən “Raisina dialoqu” konfransında cıxışında bildirib. 

“Biz "Şimal axını” partlayışlarının araşdırılmasını istədik və dərhal bu tələb rədd edildi. Amerikalılar bunu “cəfəngiyyat” adlandırdılar və Seymur Herş öz nəticələrini dərc edəndə avropalıların və amerikalıların necə reaksiya verdiyini gördüm. Almaniya həm fiziki, həm mənəvi, həm də hər hansı digər şəkildə alçaldılıb”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu gün ABŞ-ın bütün hərəkətləri Avropanı Vaşinqtona tabe oyunçuya çevirmək məqsədi daşıyır, halbuki Rusiyanın enerji siyasəti hazırda etibarlı tərəfdaşlar üzərində cəmlənib.

“Biz artıq Qərbdən heç bir tərəfdaşa güvənməyəcəyik. Biz onlara qaz kəmərlərini yenidən partlatmağa imkan verməyəcəyik”, - deyə nazir bildirib.

Arzu İSMAYIL