Paşinyan Papikyanı yola salır

 13:12 03.03.2023     234

Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad ediləcək.

Redaktor.az  “Hraparak” qəzetinə istinadə bildirir ki,  baş nazir Pşinyan bu vəzifəyə Milli Təhlükəsizlik Xidmətinin direktorunu təyin etməyi planlaşdırır.

Hazırda hakimiyyət bunun necə həyata keçiriləcəyi və Papikyanın hansı vəzifəyə təyin ediləcəyi ilə bağlı qərar qəbul edir.

Bütün bu müddət ərzində mətbuatda Papikyanın yerinə Nazirlər Kabinetinin Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri, “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryanın təyin ediləcəyi ilə bağlı şayiələr dolaşır.

“Hraparak”ən yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu posta başqa adamı nəzərdən keçirdiyi üçün bu məlumatı yəqin Köçəryanın özü yayır.

Məqalədə bildirilir ki,  baş nazir Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı müdafiə naziri kimi görür.

Paşinyan üçün ağır arqument ondan ibarətdir ki, müharibədən sonra Abazyan Azərbaycan rəsmiləri ilə müxtəlif formatlarda həm əsirlərin mübadiləsi, həm də sərhədin demarkasiyası ilə bağlı danışıqlar aparıb və onlarla anlaşma əldə edib.

Bundan əvvəl “İravunk” qəzeti Ermənistanın müdafiə naziri Suren Papikyanın istefa verərək diplomatik xidmətə keçəcəyini yazıb.

Məlumata görə, Papikyan və baş nazir Nikol Paşinyan artıq bu barədə razılığa gəliblər.

Paşinyan bununla da Qeqarkunik kazarmasında 15 hərbçinin ölümündən sonra cəmiyyətdə yaranmış gərginliyi azaltmaq istəyir.

Tunar Altunbay