Kiyev Krımı hərbi yolla ələ keçirməyi planlaşdırır - Rusiya XİN

 15:38 03.03.2023     392

Kiyev rejimi Krımı hərbi yolla ələ keçirməyi planlaşdırmağa davam edir və Vaşinqton qarşıdan gələn seçkilər üçün bununla bağlı əlavə xal qazanacağını gözləyir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin martın 3-də Ukrayna böhranı ilə bağlı yaydığı hesabatda deyilir.

"Bu gün Kiyev rejimi rusiyalı mülki şəxslərin həyatına əhəmiyyət vermədən Krıma qarşı hərbi ələ keçirmə və zərbələr planlaşdırmağa davam edir. 

Ötən gün ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Karnegi Mərkəzində keçirilən tədbirdə Rusiyanın Krımındakı hərbi obyektləri Ukrayna üçün “qanuni hədəflər” adlandırıb.

Görünür, Vaşinqton qarşıdan gələn seçkilər üçün “Krım kampaniyası”nda əlavə xal qazanmağı gözləyir”, - hesabatda qeyd edilib.

Turan İSMAYIL