Əkrəm İmamoğlundan Türkiyə prezidentliyinə namizədliyi barədə AÇIQLAMA

 16:57 03.03.2023     376

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.

Redaktor.az "Halk Tv"yə istinadla xəbər verir ki, Əkrəm İmamoğlu çıxışında onun prezidentliyə namizədliyi məsələsinin gündəmdə olmadığını deyib.

Siyasətçi bəyan edib ki, onun namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəridir.

“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi sədrimizdir. Mənim namizədim də partiya sədridir”, - İmamoğlu məsələni şərh edərkən deyib.

Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 6-da vahid namizədin adını açıqlayacaq.